Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
19:32 SosialXətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Olaylar xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31