“Qələbənin qalibi xalqımızdır”

"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyi növbəti tədbirini Ağsu rayonunda keçirib

"Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Tarixi zəfərin ideoloji əsaslarının təhlili" layihəsi çərçivəsində növbəti tədbirini Ağsu rayonunda keçirib. Rayonun Uşaq, Gənclər, Şahmat məktəbində "Qələbənin qalibi xalqımızdır" mövzusunda təşkil olunan tədbirdə rayonun ziyalıları, Ağsu rayon icra hakimiyyətinin əməkdaşları, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanan şəhidlərin ailə üzvləri, qazilər və digər təbəqələrdən olan insanlar iştirak edib. Tədbiri açan layihə rəhbərinin köməkçisi Qismət İsmayılov ilk öncə layihənin maliyyələşməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib. Bildirib ki, layihənin "Konstitusiya və Suverenlik ili" çərçivəsində keçirilməsi tarixi uğurlarımızın və nailiyyətlərimizin dönməz və davamlı olduğunu göstərir.

Q.İsmayılov çıxışında əsas diqqəti 2025-ci ilin Konstitusiyamızın qəbul edilməsinin 30, suverenliyimizin təmin olunmasının 5 ili tamama olmasına yönəltdi. O bu istiqamətdə tarixə nəzər yetirməklə tədbir iştirakçılarına geniş və ətraflı məlumatlar çatdırdı. Q.İsmayılov 44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə olunmasından danışarkən uşaqları, yetişməkdə olan gənc nəsli hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsini öyrənməyə və qələbənin qəhrəmanları olan əsgər və zabitlərimizin döyüş yolu haqqında ətraflı bilgilər əldə etməyə çağırdı.

Ağsu rayon icra hakimiyyətinin əməkdaşı Umud Cavad 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsində əldə olunan zəfərin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirdi. Qeyd etdi ki, illər keçsə də müharibə xranalogiyasının hərbi, siyasi şərhçilər, KİV nümayəndələri, siyasətçilər tərəfindən öyrəniləcək, barəsində məqalələr, kitablar yazılacaq. Digər çıxış edənlər - Müharibə iştirakçısı Xaliq Mehdiyev, Ağsu Uşaq, Gənclər, Şahmat məktəbinin direktor müavini Cəmilə Quluzadə və digərləri qəhrəmanlıq tariximiz olan 44 günlük Vətən Müharibəsi haqqında geniş və maraqlı fikrilərini qeyd etmişlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31