“Ailə dəyərlərinin qorunmasında məktəbin rolu”

Bu mövzuda HDİM İB növbəti tədbirini İsmayıllı rayonunda keçirib 

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Ənənəvi yüksək dəyərlərin təbliği" layihəsini uğurla davam etdirməkdədir. HDİM İB layihənin icra planına uyğun olaraq növbəti tədbirini avqustun 15-də İsmayıllı rayonunda mərkəzi kitabxanada keçirib. Maraqlı müzakirələr, diskussiya şəraitində keçən tədbiri giriş sözü ilə açan HDİM İB-in sədri İlham Əliyev layihə ilə bağlı iştirakçılara ətraflı məlumat verib. O çıxışında Azərbaycanın özünəməxsus nümunəvi adət, ənənəsinin, ailə dəyərlərinin olduğunu və bu dəyərlərin qorunub, saxlanmasında və inkişaf etdirilməsində dövlətimizin geniş işlər gördüyünü söyləyib. Layihə rəhbəri onu da qeyd edib ki, məktəbli uşaqlar milli irsimizə daha çox maraq göstərməli, öyrənməli və təbliğ etməlidir. 
İlham Əliyev çıxışında ailə dəyərlərinin sağlam, milli maraqlara uyğun inkişaf etdirilməsinin vacibliyini bildirib və uşaqları, yetişməkdə olan gənc nəsli, ümumilikdə cəmiyyətin bütün təbəqələrini ailə dəyərlərimizə hörmət və rəğbət göstərməyə çağırıb. 
Elmi isçi Afaq Orucova bəşəri və milli dəyərlər haqqında danışıb və müasir dövrdə inteqrasiya prosesləri fonunda milli-mənəvi dəyərlərimizin təzyiqə məruz qaldığını bildirib. Vüsalə Mənsimova isə çıxışında bildirib ki, müasir dövrün yenilikləri mədəniyyətlərə və milli mənəvi dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşatmalıyıq. YAP-ın İsmayıllı rayon təskilatınin sədri Zaur Muradov isə çıxışında uşaqların, yeniyetmə və gənclərin məktəblə yanaşı ailədə valideynlər tərəfindən milli, mənəvi dəyərlərimiz, adət ənənələrimiz, sağlam ailə modeli haqqında əsaslı bilgilər əldə etmələrinin vacib olduğunu bildirib. Qeyd edib ki, bu vacib amilin həyata keçirilməsi ilə gənclərimiz Azərbaycanı daha çox sevər, milli ruha daha geniş formada bağlı olar. Digər çıxış edənlər, o cümlədən muəllimə Günel Mənsimova, , rayonun Gulyan kənd sakini Namiq Mürsəliyev, İsmaýıllı MKS əməkdaşi Aytən Qəmbərova, rayonun Zərnova kənd sakini Namiq Aslanov və digərləri müasir dövrdə gənclərin milli ruhunda tərbiyə olunmasının cəmiyyətimizin inkişafına geniş miqyaslı töhfələr verəcəyini bildiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31