Bu yol 10 gün müddətinə bağlanır
16:57 SosialSabah saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, "Bağırov" körpüsünün üzərindəki geriyə dönmədə ("Koroğlu" metro stansiyasından şəhərə və əks istiqamətlərdə) "Azərbaycan Dəmir Yolları" QSC-nin aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Olaylar.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31