“Dayanıqlı inkişafda yaşıl hidrogen enerji mənbələrinin rolu”: Layihə başa çatdı

"Sosial İqtisadi və Ekoloji İnkişaf" İctimai  Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə "Dayanıqlı inkişafda yaşıl hidrogen enerji  mənbələrinin rolu" ilə adlı layihəsini həyata keçirib.

Layihə enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək, bərpa olunan enerji mənbələrinin yerli şəbəkələrə inteqrasiyasını gücləndirməsi ilə maarifləndirici tədbirlərin həyata  keçirilməsi məqsədini daşıyıb.

Bu barədə Olaylar-a QHT sədri Rahilə Mehdiyeva məlumat verərək bildirib ki, Layihə  çərçivəsində, Ucar, Ağcabədi, Kürdəmir və Hacıqabul rayonlarında maarifləndirici tədbirlər həyata keçirilib.

Həmin rayonlarda gənclərin, könüllülərin, təhsil işçilərinin, QHT, yerli icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə layihə ekspertləri tərəfindən yaşıl hidrogen, külək və günəş kimi bərpa olunan enerji mənbələrinin gücündən istifadə etməklə, ağır nəqliyyat və istehsalat kimi elektrikləşdirilməsi çətin olan sənaye sahələrinin karbondan təmizlənməsinə dair  və qlobal karbon izlərini azaltmaq və enerji təhlükəsizliyini təşviq etmək üçün yaşıl hidrogenin potensialı haqqında məlumatlılığı artırmaq məqsədini geniş məlumatlar verildi.

Eyni zamanda: layihə çərçivəsində "Səs TV" vasitəsi ilə  mövzusu ilə bağlı dörd dəfə canlı verliş yayımlanıb. Hər bir verlişdə  layihənin mövzusuna uyğun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri professor Fəqan Əliyev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, İqtisadiyyat  Nazirliyinin  Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin sektor müdiri Elnur İbrahimov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə,  Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov  və digər iştirakçılar  geniş çıxış edərək,  yaşıı hidrogen, enerji mənbəlirinin  rolu və innovativ texnologiya haqqında ictimaiyyətin maarifləndirilməsinı, davamlı enerji həllərinin iqtisadi artıma, ətraf mühitin mühafizəsinə və sosial tərəqqiyə  doğru  addımı müsbət qiymətlənirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31