İrəvan xanının nəslinin Almaniyada yaşayan davamçısı Xankəndidə ana dilində çıxış edib (VİDEO)

İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə baş tutan "Konstitusiya və Suverenlik İli"nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edib.

Olaylar xəbər verir ki, o, düşərgə çərçivəsində baş tutan panellərin birində Azərbaycan dilində çıxış edib.

"Belə qərar verdim ki, mən bu mühüm tədbirdə ana dilində danışmalıyam", - deyə o bildirib.

Əmir Əli Sərdari İrəvani qeyd edib ki, həmçinin, Qərbi Azərbaycan İcmasının fəxri üzvü olmaq onun üçün qürur mənbəyidir.

İrəvan xanının nəslinin davamçısının Xankəndidəki çıxışışı təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31