Yunus Oğuz — Vəfalı Dost, Böyük Yazar: Türk Dünyasına Həsr Edilmiş Ömür

Vəfalı bir dost... Yaxşı bir jurnalist. Şair və möhtəşəm bir tarixçi.
Azərbaycan ədəbiyyatında yeni bir cığır açan böyük bir tarixi roman müəllifi...
Azərbaycanda demək olar ki, hər kəs bu təsvirlərin kimi işarə etdiyini dərhal anlayır.
Bu şəxs mənim əziz dostum - Yunus Oğuzdur.

Azərbaycan'da TRT müxbiri və TRT Bakı təmsilçisi olduğum illərdə onunla tanış olmuşam.
Müxbir kimi onunla çoxlu müsahibələr etmişəm. Hər zaman fikirlərinə dəyər verdiyim önəmli şəxsiyyətlərdən biri olub mənim üçün.
Zaman keçdikcə jurnalist və yazıçı kimliyi ilə yanaşı, onun şəxsiyyəti, dürüstlüyü, bir sözlə, insani keyfiyyətləri də məni təsirləndirdi.
O, mənim üçün Bakıda ən önəmli dostlardan birinə çevrildi.

Heç vaxt unutmaram, Azərbaycan Prezidenti İlham Əliyevlə etdiyim müsahibədən sonra məni ilk təbrik edən Yunus Oğuz oldu.
O zamanlar Yunus Oğuzun qələmindən çıxan "Əmir Teymur", "Çingiz Xan", "Türklərin gizli tarixi" kimi əsərləri ana südü kimi saf Azərbaycan türkcəsində oxuyardım.
Daha sonra Türkiyə türkcəsinə çevrilən "Ovçu", "Atabəy", "Həşəşilər", "Alparslan" kimi bir çox kitabını heyranlıqla oxudum.

2008-2013-cü illər arasında Bakıda yaşamışam. O vaxtdan bu günə qədər əlaqəmiz heç vaxt kəsilməyib. Həmişə bir-birimizdən xəbər tutmuşuq.
Türk dünyasına böyük əsərlər qazandırdın. Uğurların daim olsun.
Yaxşı ki varsan, əziz dost! Hər şey ürəyincə olsun...

 

Yüksel Değercan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31