Bakı sakinlərinə xəbərdarlıq: Yenidən maska taxmaq lazımdır – Qəribə səbəb

Bakıda və Abşeron yarımadasında, eləcə də cənub və Aran bölgələrində tozlu, isti havaşəraiti müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu cür hava insan sağlamlığına mənfi təsir göstərir. Xüsusən astma, allergiya və digər tənəffüs problemləri olan şəxslər üçün vəziyyət daha da çətinləşir. 

Belə hallarda hansı praktik üsullardan istifadə etmək mümkündür? İnsanlar həm isti, həm də tozlu hava şəraitində əsasən nələrə diqqət etməlidir?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, yay aylarında Bakı və Abşeron yarımadası tez-tez tozlu havaya məruz qalır:

"Bu, Şərq küləkləri ilə Orta Asiya və Türkmənistan səhralarından gələn tozlu hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində baş verir. Cənub və Aran bölgələrində isə cənub-qərb küləkləri vasitəsilə yaxın Orta Şərqdən gələn hava kütlələri tozu gətirir. Bu hava şəraiti atmosfer sirkulyasiyasının təbii bir hissəsidir və zaman-zaman baş verir".

qorxmaz 121

Qorxmaz İbrahimli 

Ekoloq qeyd edib ki, insanların evdən çıxmamağa və qoruyucu vasitələrdən istifadə etməyə çalışması vacibdir: 

"Xüsusən, bronxial problemləri olanlar qoruyucu maskalardan istifadə etməlidir. İsti havalar xüsusən Bakı və Abşeron yarımadasında, həmçinin Aran bölgəsində normaldır. Çünki Azərbaycan quru subtropik iqlim qurşağında yerləşir. Günəşin zərərli şüalarından qorunmaq üçün baş örtükləri və çətirlərdən istifadə edilməlidir.

Günəşin ən güclü olduğu saatlarda - 11:00-17:00 aralığında açıq havada olmamaq tövsiyə olunur. Bundan əlavə, hər kəs günəşdən qoruyucu kremdən istifadə etməlidir, xüsusən üz, qol və bədənin açıq sahələrinə tətbiq olunmalıdır. Bu, dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumağa kömək edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31