Şəfqətli əllər, mərhəmətli ürək sahibi

Gözəl bir atalar məsəlimiz var: "Allah dərd veribsə dərmanın da verib". Əsas odur ki, sağlamlığında nasazlıq yarananda savadlı, peşəkar həkimə rast gələsən. Mənim həkim məsələsində bəxtim gətirib. Müraciət etdiyim bütün uzmanlar  sağlamlığımı bərpa etməkdən ötrü sözün əsil mənasında can yandırıblar. Bu günlərdə ürəyimdə yaranan narahatçılıqla bağlı Yeni Klinikaya müraciət etməli oldum.

Milli Mətbuatımızın 150 illik  yubileyi  münasibətilə mənə  ən böyük hədiyyəni doktorum, Ürək Damar Cərrahı, Yeni Klinikanın ÜDÇ şöbəsinin müdiri  Mətin Hadızadə  verdi. Rəhbərlik etdiyi peşəkar tibb heyətinin səyi, şəfalı  əlləri və mərhəmətli ürəyinin hökmü ilə məni yenidən həyata  qay tardı. Belə ki, iyulun 21-də baş tutan açıq  ürək əməliyyatında uğurlu nəticə əldə olundu. 

Belə bir deyim var, həkimin xəstəyə xoş münasibəti uğurlu müalicənin başlanğıcıdır. Bu baxımdan həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlara münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır. Məhz belə olduğu halda vətəndaş məmnunluğu yarana bilər.
 Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər el-obada həmişə xətir-hörmət sahibi olublar. Çəkinmədən deyərdim ki, belə həkimlərdən biri də Yeni Klinikanın Ürək Damar Cərrahiyə şöbəsinin müdiri Mətin Hadızadədir. Artıq əməliyyatdan sonra  ilkin müayinədən keçdim, nəticələr sevindiricidir.
Doktoruma və onun peşəkar  komandasına, eləcə də Yeni Klinikanın bütün tibbi heyətinə təşəkkürümü  bildirirəm .

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31