Bakının bu ərazisində qaz kəsiləcək

Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Olaylar xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən "Yeni Zabrat" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31