55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edildi

Bu günə qədər ümumilikdə 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib.

Bu barədə Olaylar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 21-dən start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.

Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır.

Qeyd edilib ki, övladlarının 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31