Ağdam və Füzuli rayonlarında baş vermiş yanğın tam söndürülüb

Ağdam və Füzuli rayonlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınlar tamamilə söndürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri, eləcə də Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31