Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib (YENİLƏNİB)

 

İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Sonra bir qrup media nümayəndəsinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı təqdim edilib.

Daha sonra milli mətbuatın 150 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib (FOTO) (YENİLƏNİB)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31