İki rayonda qaz kəsiləcək

Qazax rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Olaylar xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Şəmkir Regional Qaz İstismarı İdarəsinin Qazax Xidmət Sahəsinə aid Əskipara AQPS-dən qidalanan Ülkməzli kəndi ərazisində diametri 530 millimetr olan qaz xəttində kompresatorun birləşmə hissəsində kəskin qaz sızması aşkar edilib.

Qaz sızmasının aradan qaldırılması və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Daş Salahlı, Bala Çaylı, Çaylı, Ülkməzli, Dəmirşçilər, Alpoud, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin qaz təchizatı dayandırılacaq. Ümumilikdə, təqribən 4 100 abonent bu fasilədən təsirlənəcək.

Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

18:29

Sabah Yevlax rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Olaylar xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus diametri 1220 mm-lik "Qazıməmməd-Qazax II xətt" yüksək təzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 17.07.2025-ci il tarixində saat 08:00-dan etibarən işlər başa çatanadək "Yevlax" QPS-dən qidalanan "Yevlax 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Yevlax rayonunun bir (Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İravanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31 və 32 ci məhəllə, Cəmi: 7490 abonent) hissəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaqdır, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31