Peşəkar Mühasib Sertifikatı imtahanı elektronlaşdırılır - DİM sədri
18:16 SosialElektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanıdır.
Olaylar xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrin yekunu ilə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu imtahan artıq sentyabrdan elektron formada keçiriləcək:
"Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə elektronlaşdırılması nəzərdə tutulur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31