Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
15 İyul 19:33 SosialRusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan vətəndaşlığı alsa da, beynəlxalq arenada ölkəmizi təmsil edə bilməyəcək.
Musavat.com xəbər verir ki, Beynəlxalq Konki İdmanları İttifaqının (ISU) Şurası 17 yaşlı idmançının idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı müraciətini rədd edib. Bu qərarla Jilina növbəti mövsümdə Azərbaycan yığmasında çıxış edə bilməyəcək.
Qeyd edək ki, daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası da onun idman vətəndaşlığının Azərbaycanla əvəz olunmasına razılıq verməmişdi.
Veronika Jilina hərçənd Azərbaycan pasportu əldə edib, lakin beynəlxalq yarışlara çıxış hüququnu qazanmadan qalıb. Mütəxəssislər bu qərarı idmançıların "siyasi təsirlərdən asılı hala gətirilməsi" kimi dəyərləndirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31