Bakıdakı Rus Dram Teatrı Rusiyadakı qastrollarını özü ləğv edib — Moskva başqa cür iddia edir
15 İyul 18:56 SosialMusavat.com xəbər verir ki, Azərbaycanın Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı Rusiyada keçirilməsi planlaşdırılan qastrol səfərini öz təşəbbüsü ilə ləğv edib. Bu barədə məlumatı "Minval" saytı yayıb.
Teatr rəhbərliyi bildirib ki, qərar tamamilə daxili mülahizələrlə qəbul olunub və heç bir xarici məcburiyyət yoxdur.
Bununla belə, bəzi Rusiya mənbələri qastrol səfərinin məhz Rusiya tərəfindən ləğv edildiyini iddia edirlər. Hazırda rəsmi Moskva ilə Bakı arasında bu məsələ ilə bağlı hər hansı qarşılıqlı açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31