Azad edilmiş ərazilərdə 8 ay ərzində görülən işlər açıqlanıb
14:38 Sosialİşğaldan azad edilmiş ərazilərdə 8 ay ərzində 1 Beynəlxalq Hava Limanı, uzunluğu 593.7 km olan 16 avtomobil yolu çəkilib.
Olaylar.az-ın xəbərinə görə, bunu Ağdamda təşkil edilmiş regional konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynov tədbir iştirakçılarına məlumat verərək bildirib ki, uzunluğu 593.7 km olan 16 yol, uzunluğu 47.1km olan 1 dəmir yolu, 1 Beynəlxalq Hava Limanı, 8 yarımstansiya, 4 su anbarı, 6 su kanalları və magistiral qaz xətti çəkilib.
Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən "Aghdam City Hotel"də Baş Prokurorluğun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli" mövzusunda regional konfrans keçirilir. (Trend)