Ukrayna uşaqların reabilitasiya məqsədilə Azərbaycana gətirilməsinə görə təşəkkür edib
10 İyul 2025 20:04 SosialBiz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə minnətdarlığımızı bildiririk.
Olaylar xəbər verir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Andrey Onişenko jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uşaqların sağlamlığının yaxşılaşdırılması və reabilitasiyasının aparılması imkanlarına görə Azərbaycan Respublikasına çox minnətdarıq:
"Artıq 300-dən çox uşaq Azərbaycana səfər edib. Uşaqlar özlərini xoşbəxt hiss edirlər. Bu, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın əsas elementidir".
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31