“Qarabağın azad olunması Azərbaycan tarixində əsaslı dönüşdür”
8 İyul 20:05 Sosial08.07.2025-ci il tarixində Doğma Yurda Qayıdış İctimai Birliyi Ağdam Musiqi Kollecində maarifləndirici tədbir keçirdi. "Yurda Dönüş: İmkanlar və prespektivlər" adlı layihə çərçivəsində keçirilən tədbiri giriş sözü ilə təşkilatın sədri Səməd Hətəmov açıq elan etdi. Öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra layihə rəhbəri S.Hətəmov bu tədbirin keçirilməsinə və maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Layihə rəhbəri çıxışında qeyd etdi ki, "Qarabağın azad olunması Azərbaycan tarixində əsaslı dönüşdür". O, 2020-ci ilə qədər olan Qarabağ və böyük Zəfərdən sonrakı Qarabağın fərqləri, inkişaf strategiyası ilə bağlı fikirlərini bildirdi. Daha sonra söz layihənin eksperti Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevə verildi. X.Musayev Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsinin məntiqi nəticəsinin azad və müstəqil ölkə prinsipinin dünyaya nümunə olduğunu qeyd etdi. "Bu məsələdə qzilərimizin və şəhidlərimizin rolu danılmazdır" deyən ekspert erməni faşitslərinin xarabazarlığa çevirdiyi ərazilərin Böyük Qayıdış proqramı əsasında yenidən qurulması, bölgənin turizm potensialı ilə bağlı geniş çıxış etdi. Çıxış üçün söz alan rayon ziyalılarından Xaləddin Tağıyev Qarabağın potensial, imkanları, ölkə prezidentinin bu istiqamətdə qərar və sərəncamları, bölgənin su ehtiyatları ilə bağlı ətraflı çıxış etdi. İştirakçılar layihə rəhbərinə və ekspertə müxtəlif suallar ünvanladılar və ətraflı cavablar aldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31