"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını yenidən icra etməyə başlayıb

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş" adlı layihəsinin icrasına başlamışdır.

"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin ödənişsiz hüquqi yardımların göstərilməsi sahəsində həyata keçirdiyi layihəsi 01 iyul 2025-ci il tarixində başlamış, 30 sentyabr 2025-ci il tarixində bitəcəkdir. İctimai Birlik göstərilən tarix aralığında Ucar və İmişli rayonlarında vətən müharibəsi iştirakçıları, şəhid ailələri və digər aztəminatlı şəxslərə hüquqi yardımların göstərilməsini planlaşdırır.

Layihədən faydalanmaq istəyən həssas qrupun üzvləri facebook (pulsuz hüquqi xidmət səhifəsi), whatsApp ((055) 858-55-59) sosial şəbəkələr üzərindən layihəyə cəlb olunmuş vəkil ilə əlaqə saxlaya biləcəklər. Belə ki, layihənin icrasına Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov cəlb olunacaqdır. Araz Nurməmmədov vətən müharibəsi iştirakçılarının qəbulunu həyata keçirərək, onlara şifahi və ya yazılı formada hüquqi xidmət göstərəcəkdir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31