Yekaterinburqda qətlə yetirilən azərbaycalıların nəşi yaxınlarına təhvil verildi - FOTO

21:07

Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti Azərbaycanda yaxınlarına təhvil verilib.

Olaylar xəbər verir ki, meyitlər ekspertizadan keçiriləcək, sabah isə Ağcabədidə torpağa tapşırılacaq.

20:44

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların cənazəsi Bakıya gətirilib.

Olaylar Trend-ə istinadən xəbər verir ki, cənazələri daşıyan "Ural Airlines" aviaşirkətinə məxsus təyyarə hava limanına eniş edib.

Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31