Restoranlarda təhlükə: Qida təhlükəsizliyinə kim nəzarət edir?

İctimai iaşə obyektlərində qida təhlükəsizliyinə nəzarət edilməsi qanunvericiliyə uyğun olaraq tənzimlənir. 

Bəs bu nəzarəti kim və necə həyata keçirir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov bildirib ki, müəssələrdə qida təhlükəsizlik tələblərinə nəzarət etmək üçün bu sahə üzrə nümayəndə olmalıdır:

"Baş verə biləcək hər hansı qida ilə bağlı risk, fəsad faktorları öncədən dəyərləndirilməlidir. Hadisə baş verdikdə isə bu şəxslər birbaşa yəni rəhbərlərinə tabe şəklində məsuliyyət sahibidirlər, məsuliyyət daşıyırlar. 

Əgər restoranda zəhərlənmə baş verərsə, ilk növbədə məsələ hüquqi müstəvidə araşdırılır. Bundan sonra cavabdehliyi daşıyan şəxslər məsuliyyətə cəlb olunur". 

Ekspert qeyd edir ki, yemək yeyərkən özünü narahat hiss edən müştərilər bu barədə restoran nümayəndəsinə məlumat verməlidirlər. Ardınca isə təcili tibbi yardım çağırılmalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31