Deputat Elnarə Akimova şəhid ailəsini ziyarət edib
25 İyun 19:06 SosialDeputat Elnarə Akimova Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Mirzəyev Cavid Azər oğlunun ailəsini ziyarət edib. Olaylar xəbər verir ki,
Ziyarət çərçivəsində şəhidin ailə üzvləri ilə görüşən deputat onların yaşayış şəraiti, gündəlik problemləri və mövcud ehtiyacları ilə maraqlanıb. O, dövlətin şəhid ailələrinə göstərdiyi qayğının davamlı olduğunu və bu istiqamətdə atılan addımların ardıcıl şəkildə həyata keçirildiyini bildirib.
Elnarə Akimova bildirib ki, Vətən uğrunda canını fəda etmiş hər bir şəhidin xatirəsi daim ehtiramla anılır və onların ailələrinə diqqət göstərmək cəmiyyətin mənəvi borcudur.
Görüş zamanı şəhidin xidmət yolu barədə söhbətlər aparılıb, xatirəsi yad edilib.