Bakının bu küçələri BAĞLANIR
14:30 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verir ki, 26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək bir sıra ünvanlarda yol təmir işləri aparılacaq:
Olaylar.az xəbər verir ki, yol təmir işləri aşağıdaki ünvanlarda aparılacaq:
- Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);
- Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);
- Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən - Azadlıq prospektinə qədər);
- Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);
- Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);
- Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqd (yollar bağlanmır).