Sabahdan dörd günlük tətil başlayır
25 İyun 2025 11:07 SosialXəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.
Olaylar.az xəbər verir ki, qərara əsasən, bu həftə 4 gün ardıcıl iş olmayacaq.
Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu.
Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.
Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31