“Dilimiz varlığımızdır” layihəsi davam edir
10:28 SosialXəbər verdiyimiz kimi, Azadlıq Hərəkatçıları İctmai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Dilimiz varlığımızdır" layihəsini həyata keçirir. Layihə rəhbərliyindən aldığımız məlumata görə layihənin ilkin mərhələsi - hazırlıq və araşdırma mərhələsi uğurla başa çatmışdır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunmasına həsr edilmiş layihədə Konstitusiyada Dövlət dili kimi təsbit edilmiş Azərbaycan dilindən istifadə vəziyəti ilə bağlı araşdırmalar nəticəsində əldə edilən dil qüsurları ətraflı təhlil edilmiş və televiziya verilişləri vasitəsilə canlı yayımda müzakirələri keçirilməyə başlamışdır.
SƏS TV onlayn televiziyasında reallaşan verilişlər ictimaiyyətin, xüsusilə ziyalı kəsimin geniş marağına səbəb olub. İlk verilişdə Azərbaycan dilindən istifadədə yol verilən qüsurlara ümumi baxış müzakirə edilmiş, ən şox dil qüsurları üzərində ətraflı fikir mübadiləsi aparılmışdır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Sevinc Əliyevanın iştrakilə gerçəkləşən verilişdə cəmiyyətin müxtəlif sahələrində Dövlət Dili olan Azərbaycan dilindən istifadədə bilərəkdən, ya da bilməyərəkdən dil qüsurlarına yol verilməsi qeyri-normal hal kimi qeyd edilmiş və bütün bunlar Azərbaycan Respublikasının Konstitusiyasına sayğısızlıq kimi dəyərləndirilmişdir. Ölkə başçısının məlum fərmanı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsinə xüsusi diqqət yetirilmiş və digər sahələrlə yanaşı Dövlət Dilinə münasibətin də diqqət mərkəzində olmasının vacibliyi vurğulanmışdır.
Əldə etdiyimiz məlumata əsasən, iyul ayının axırınadək davam edəcək verilişlərdə televiziya və radio efirlərində, reklam çarxlarında və reklam lövhələrində, film və serialların istehsalında, sosial şəbəkələrdə, mahnıların ifasında yol verilən dil qüsurları ayrılıqda müzakirə ediləcək və müvafiq qurumlara ünvanlanan təkliflərə geniş yer veriləcək.
Azadlıq Hərəkatçıları İctimai
Birliyinin Mətbuat Xidməti.