“Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” kitabının yazılışı yekunlaşıb- ÖZƏL

"Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir" kitabının yazılışı yekunlaşıb. Bu barədə "Olaylar"a tədqiqatçı jurnalist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi sədri Əkrəm Bəydəmirli bildirib: "II Qarabağ müharibəsində  qazilərimizin, şəhidlərimizin  şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. Qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür.  QHT-media təmsilçisi olaraq, 1 ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq "Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir" adlı,  yeni kitabı yazıb ərsəyə gətirmək qürurvericidir. Missiyamız  qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır. 
QHT sədrinin  verdiyi məlumata görə, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi "Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir" layihəsini həyata keçirir: "Layihə çərçivəsində "Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir" adlı yeni kitab  nəşr olunacaq. Yazılış prosesi başa çatıb. Hazırda redaktə işlərini davam etdiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31