SÖZ ÜRƏKDƏN ÇIXMASA, ÜRƏYƏ TOXUNMAZ

Söz insanın qəlbinin səsi, şeir isə şair ruhunun çağırışıdır. "Sözdə sehr, şeirdə hikmət var" deyiblər, boşa deyil.
Söz düşüncədən və ürəkdən çıxar, şeir isə duyğu, həyəcan və təəccüblərdən doğar.

Şeir - bir qəlbin yaşadığı hissləri, sevinc və iztirabları, arzu-ümidləri sözlə ifadə etmək sənətidir. Bugünkü gənclər arasında şeirə həssaslıqla yanaşan, sözə məsuliyyətlə mədəni münasibət bəsləyən istedadlı şairlərin olması nə qədər sevindiricidir.

Məcnun Məmişov da şeir bağlarına saf ürəklə daxil olan istedadlı şairlərdən biridir. Onun şeirlərində söz incə duyğu kimi axır - səmimiyyət, dürüstlük, həyati dərinliklə boyanmış misralar oxucunun ruhuna həzz verir. Şeirlərində sadəcə poetik ifadə yox, həm də ürəyin əsl yanğıları, təmiz hisslərin istilyi, həyəcanın təravəti vardır.

"Söz ürəkdən çıxmasa, ürəyə toxunmaz." Mecnunun misraları isə ürəklərə nur kimi daxil olur. Çünki O, ürəyi, bütöv qəlbi və duyğularıyla yazır. Onun təsvirlərində həm qəm, həm sevinc var - amma bunlar süni deyil, yaşanmış və keçilmiş hisslərin özüdür. Onun şeirləri səhər şehi kimi şəffaf, həyat verən günəş işığı kimi ilıq və rahatdır. Hər bir misrada söz sənətinin gücü və qəlbin oyandığı ahəng vardır.

Bu mətndə yalnız istedad yox, eyni zamanda düşüncəli müşahidəcilik, araşdırma, arzu və bədii detallara diqqət də var. Şairin poetik mühitində sevgi - ürək tonudur, gənclik - qürur ruhu, vətənpərvərlik hissləri isə ilham mənbəyidir. O - sözə sevgi ilə, məsuliyyətlə yanaşan, duyğularını yüksək bədii səviyyədə təsvir edən şairdir.

Təşbeh və metaforalarındakı incə zövq, obrazların zənginliyi və estetik harmoniyası onu müasir ədəbiyyatda diqqətə layiq simalardan birinə çevirir. Əslində şeir yazılmaz, o baş verir. Hər misrada ayıq və oyanmış qəlbin nəfəsi, ruhun varlığı aydın görünür.

Məcnun Məmişov - parlaq gələcəyi söz və qəlblə inşa edən gənc, istedadlı şairdir. Ona uğurlar və yolunda nur yağmağı arzulayırıq!

Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Məcnun Məmişov, 2003-cű ildə Şəmkir rayonunda anadan olmuşdur, əslən Azərbaycanın dilbər guşəsi olan Qarabağdan-- Kəlbəcərdəndir.  Íşğal dővrű ilə bağlı 1-ci sinifdən 9-cu sinifə qədər Şəmkir rayonun aşağı Çaykənd məktəbində təhsil almışdır. Məktəb 9 illik olduğundan 2020- ci ildə Gəncə şəhəri  "1" Saylı Kəlbəcər  tam orta məktəbini bitirib, Gəncə Dővlət Universitetinin filologiya fakűltəsinin Azərbaycan dili və Ədəbiyyatı műəllimliyi ixtisasına  daxil olmuşdur. 2024-cű ildə bu ixtisası fərqlənmə ilə bitirib, magistr adını qazanmışdır. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin 1-ci kurs magistridir. Şeirləri Gəncə Dövlət Universitetində  təhsil dővrűndə "Yűksəliş" "Səba yeli" daha sonra "Ədəbiyyat və İncəsənət" , "Manera.az", "Manevr.az" və s, digər dərgi və qəzetlərdə çap olunub. "Gəncliyin səsi" adlı almanaxda çap olunan 2025 -ci il kitabında bir neçə şeiri və őzű haqqında məlumat yer alır. Gələcək fəaliyyətini ədəbiyyat və Dővlət qulluğu űzrə davam etdirmək niyyətindədir. "DQ" imtahanından 09.03.2025 tarixində uğurlu nəticə əldə etmişdir.

AYRILIQ!

Ayrılıq...
--Dűnyanın ən acı sőzű.
"ŞAHMAR" ın,
Bir damla zəhəri kimi...
--Ya da,
Bir yetimin,
Qatar yolunda...
--Gőzűnű açdığı səhəri kimi...
Bőlűnűr: 
--Birinin sevinci, yolu,
Hardasa əlçatmaz,
Parası qalır...
Gőylərin qoynunda topa buludlar,
Ínsanın qəlbində,
-Yarası qalır...
 
Ayrılıq,
- Dűnyanın ən acı sőzű,
Ona təsəllidir, 
-Hava da,
-Su da...
Dűzəlmir, əzizim, vallah dűzəlmir,
Yenidən nə isə,
YAXŞI OLSA DA!!

KEÇÍB!

Axtarma gőzlərim, őtən sevgini,
Doğru deyiblər ki, "iş-işdən keçib"....
Nəyinə gərəkdi baxasan bir də,
--Yolunda, gəlişdən-gedişdən keçib...

Daha isitməyir qəlbimi odu,
Qaçıbdı sevginin şirincə dadı.
Yad olub dilimdə O qızın adı,
Yenidən gűlűşdən- barışdan keçib...

Çırpındı gőlűndə, gőlűn sonası,
Atəş, su űstűndə oldu yanası.
O da izdivaclı kőrpə anası,
DUR GEDƏK AY MƏCNUN,
                      --GŐRŰŞDƏN KEÇÍB!!   

SALAM, GƏNCƏ

Salam, GƏNCƏ şəhəri,
Necəsən, danış gőrűm?...
Səndən inciyib gedən,
Bu gənclə barış gőrűm...

Salam, dolu kűçələr,
Gőrdűm yerim boş qalıb...
Nəfəsində yaz ətri,
Gőrkəmində qış qalıb...

Salam keşiş qızına,
Oğlunu qıyan şəhər...
Neçə ildi gőzləyir--
--Ziyad xan, oyan, Şəhər...

Salam, Xanın bağında,
Daşlaşıb duran gőzəl...
"Kűrt qızına" şe(i)rini,
Duyubdu Turan, gőzəl...

Salam, bulaq başında,
Kuzəsi sınan xanım...
Zaman indi dəyişib,
Şah, matdı, inan, xanım...
Salam, eşqimin piri,
Hanı səndə olan qız?...
Kəramətin budurmu,
Gəlmişəm indi yalqız...

Salam, Nizami babam,
Leylinin yarı gəlib...
Dur qarşıla sevinclə,
"Xəmsə"nin varı gəlib...

TƏNHA  AĞAC"a

Kűrűn sahilində tanha olmağın, 
Söylə yaraşırmı yaşına sənin?
Xırda balıqlara kőlgə olmusan,
Yığılıb dövrəndə başına sənin!

Deyirlər çayların şirindi suyu, 
Gözləyim bir az da sirrini duyum. 
Ístədim yanında xatirə qoyum, 
Yazmışam bir adı daşına sənin!

Mən də ötərgiyəm, uzaqdı yolum, 
Həyatdı, incimə qurbanın olum. 
Tələsmə vidaya bir saat qalım, 
Sonra qarışmayım işinə sənin!

BU ŞƏHƏRDƏ AYRILQ DA QOŞADIR!!

Bu şəhərdə ayrılıq da qoşadır,
Soyuq əlin, űrəyinin daş adı...
Səni, hansı arzuların yaşadır?
Deyirlər ki, bu şəhərdə deyilsən...

Bir baxışla qızınası bu yerlər,
Ayna olsa, bax!! Sınası bu yerlər...
Daha bizdən usanası bu yerlər,
Mən də, gərək sənin kimi gəlməyəm...

BU ŞƏHƏRDƏ AYRILIQ DA QOŞADIR,
-- Yollar ayrılığı, sőz ayrılığı....
Təklənib bu oğlan, inanma, GŰLŰM,
DEYÍRLƏR ÇƏTÍNDÍ,  ŰZ AYRILIĞI!!

Bu gűnűn ən yaxın arzusu olum,
Sarılım sabaha gűllərin űstə!
Bilirəm dűnəndə nələr yaşanıb...
Yazılıb olan"lar əllərin űstə!

Gőzləyim ♤sən♤ olan o yerdə yenə..
Qarışım yollara, yolların kimi!
Bilirsən, uzağı sevən deyiləm...
Yaxından-yaxınam qolların kimi!

Gűn çıxıb əriyib yoldakı qar da...
Sonra yağacaqsavfg'c  .Ссти, indi az olsun!
Deyirsən gedirəm... yolum uzaqdı...
Mən, indi gəlmişəm... qoy bir az olsun!!

Məcnun MƏMIŞOV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31