Sabah hava necə olacaq?
14 İyun 14:18 SosialBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi səhər saatlarından başlayaraq arabir güclənəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +22 dərəcəyədək, gündüz +25 dərəcədən +28 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +15 dərəcədən +18 dərəcəyədək olacaq.