Azərbaycan dövlətçiliyinin xilas günü

"Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Masallı Dövlət Regional Kollecinin tərəfdaşlığı ilə "Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək" adlı tədbir keçirilib. Tədbirdə Kollecin müəllim tələbə heyəti iştirak edib.

Tədbirin aparıcısı Kollecin əyani şöbəsinin müdiri Nazim Əliyev türk dövlətlərinin birlik istiqamətində atdıqları addımlardan söz açıb. O, türk dünyasının gələcəkdəki birlik perspektivini yüksək dəyələndirib.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, BDU-nun Jurnlaistika fakültəsinin müəllimi, Crossmedia.az saytının baş redaktoru, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü geniş çıxışında Türk Dövlətləri Təşkilatının yaranması, görülən işlər barədə danışıb. O, türk dünyasının birlik çalışmalarının uzun bir məsafə qət etdiyini və bugünkü perspektivli duruma gəlib çatdığını qeyd edib. M.Göyüşlünün sözlərinə görə Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin türk birliyi istiqamətində Türkiyə ilə birgə atdığı addımlar bu prosesi daha da genişləndirib, gücləndirib. Təşkilat sədri qeyd edib ki, bu birliyin daha da genişlənməsi üçün əhali, xüsusən də gənclər arasında ideoloji təbliğat gücləndirilməlidir. 

Tədbirdə çıxış edən Kollecin müəllimləri Elman Nəzərov, Rza Məmmədov, Lətifə Məmmədova türk birliyinin hazırkı durumu, perspektivi, Azərbaycanın burada oynadığı rol, birliyin güclənməsində təhsilin rolu, 44 günlük Vətən Müharibəsi, türk xalqlarını, onun gənclərini ideoloji təsirlərdən, zərərli fikirlərdən qorumağın vacibliyindən ətraflı bəhs ediblər. 

İştirakçılar gələcəkdə də bu cür tədbirlərin davamlı olaraq keçirilməsini qərarlaşdırıblar. Müzakirələrdən sonra tədbir yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31