AHİK üzvləri "ahik+" layihəsi ilə xidmət sahələrində güzəştlərdən istifadə edə biləcəklər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "ahik+" adlı yeni elektron layihə hazırlayıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində konfederasiyanın Aparat rəhbərinin müavini Abbas Əliyev məlumat verib.

O qeyd edib ki, layihə sayəsində AHİK üzvləri xidmət sahələrində 30 faizə qədər güzəştlərdən istifadə edə biləcəklər.

"Həmin layihənin artıq son tamamlanma işləri gedir və yaxın müddətdə istifadəyə veriləcək",- o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31