Xərçəngin yeni əlaməti açıqlandı – Diqqət
3 İyun 16:47 Sosial"Yüksək xorultu səsi ağciyər xərçənginin əlamətidir".
Olaylar.az xəbər verir ki, bu barədə Marşall Universitetinin tədqiqatçıları araşdırmasında qeyd olunub.
"Obstruktiv yuxu apnesi dünyada təxminən bir milyard insanı təsir edən ümumi xəstəlikdir. Bu, yuxu zamanı tənəffüs yollarının vaxtaşırı daralması deməkdir və nəfəs almada qısa fasilələrə, yüksək səslə xoruldamağa səbəb olur", - deyə bildirilib.
Məlumata görə, tədqiqatçılar 2,4 milyondan çox insanın tibbi məlumatlarını təhlil ediblər.
Yuxu apnesi olanların ağciyər xərçənginə tutulma riskinin çox olduğu vurğulanıb. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31