Uşaq bağçalarında köklü islahatların aparılmasına ehtiyac var- ÖZƏL
2 İyun 10:41 Sosial. "Olaylar" xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Uşaq ölumlərinin sayı ilbə-il artır. Baçalarda vəziyyət ağrılıdır. Uşaq baxçalarının çatışmamazlığı nəticəsində bağcalara uşaqların qəbulu rüşvət mənbəyinə çevrilib. İnsafən deyim ki, özəl bağçaların açılması bəzi neqativ halları aradan qaldırdısa da bağçalarda pullu ödəniş çox yüksəkdir. Dövlət bağçaları əvvəlki illərə nisbətdə texniki baxımdan dəyişsə də, köhnə nomenklatur bağça direktorları tərəfindən demək olar ki, tam özəlləşdirilib. Hər bağçanın öz qiyməti var. Uşaqlar üçün oynamaq yeri olan bina evlərinin hər tərəfi özəlləşdirilib.Hər tərəf maşınlar üçün dayanacağa çevrilib.
Ölkədə uşaqların hüquqları ilə bağlı bəzi işlər görülsə də, hələ ki, yetərli hala gəlməyib.Yeni dünyaya göz açmış körpələrə müavinətlərin verilməsində köhnə qaydalar hələ də götürülməyib. Uşaqlara verilən aylıq müavinet kəsilib. Uşaq pulları hələ də məmur özbaşınalığına güdazına düşüb.. Odur ki, ölkəmizin uşaq bağçalarında köklü islahatların aparılmasına ehtiyac var".