İyun ayına olan hava PROQNOZU
30 May 16:03 Sosialİyun ayı yay fəslinin ilk ayıdır. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Temperatur rejimi tədricən yüksəlir və may ayına nisbətən 4-5 dərəcə yüksək olur. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazilərindən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir.
Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun +23 dərəcədən +26 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +19 dərəcədən +24 dərəcəyədək , gündüzlər +28 dərəcədən +33 dərəcəyədək , bəzi günlərdə +36 dərəcədən +39 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu +23 dərəcədən +26 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +18 dərəcədən +23 dərəcəyədək, gündüzlər +29 dərəcədən +34 dərəcəyədək, bəzi günlərdə +37 dərəcədən +40 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun +18 dərəcədən +22 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +12 dərəcədən +17 dərəcəyədək, gündüzlər +19 dərəcədən +24 dərəcəyədək, bəzi günlərdə +29 dərəcədən +34 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 63-130 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun +19 dərəcədən +22 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +11 dərəcədən +16 dərəcəyədək, gündüzlər +19 dərəcədən +24 dərəcəyədək, bəzi günlərdə +28 dərəcədən +33 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 38-86 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun +23 dərəcədən +25 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +18 dərəcədən +23 dərəcəyədək, gündüzlər +28 dərəcədən +33 dərəcəyədək, bəzi günlərdə +36 dərəcədən +39 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 46-58 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun +20 dərəcədən +24 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +17 dərəcədən +22 dərəcəyədək, gündüzlər +23 dərəcədən +28 dərəcəyədək, bəzi günlərdə +33 dərəcədən +38 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-179 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun +24 dərəcədən +28 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +19 dərəcədən +24 dərəcəyədək, gündüzlər +29 dərəcədən +34 dərəcəyədək, bəzi günlərdə +37 dərəcədən +41 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun +22 dərəcədən +25 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +18 dərəcədən +23 dərəcəyədək, gündüzlər +28 dərəcədən +33 dərəcəyədək, bəzi günlərdə +35 dərəcədən +37 dərəcəyədək gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-47 mm).