Sabah temperatur 36 dərəcəyədək yüksələcək
30 May 13:28 SosialAzərbaycanda mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə +17 dərəcədən +21 dərəcəyədək, gündüz +30 dərəcədən +35 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacağı ehtimal edilir.