33 dərəcə isti qeydə alınıb
29 May 11:03 SosialAzərbaycanın Aran rayonlarında 33, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.
Bu barədə Olaylar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 10:00-a olan məlumatına görə hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Beylaqanda 5, Lerik, Cəfərxan, Şahbuz, Daşkəsən, Gəncə, Gədəbəy, Ceyrançöl, Ağstafa, Tovuz, Tərtər, Zərdab, İmişli, Sabirabad, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 2 mm-dir.
Bir sıra ərazilərdə şərq küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 28, Culfada 26, Sabirabadda 20, Goranboyda 19, Naftalan və Şahbuzda 18, Şəki və Kürdəmirdə 15 m/s-dək güclənib.
Mayın 28-i saat 21:30-21:32 radələrində Yardımlı rayonuna diametri 11 mm olan dolu düşüb.
Bakıda və Abşeron yarımadasında isə havanın maksimal temperaturu 30 dərəcə olub.