"Təmiz Dünya" mükafatlandırıldı: Ukraynadan son beş ildə ilk dəfə...

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığıncağı mükafatlandırıldı.

"Olaylar.az" xəbər verir ki, bu barədə məlumatı təşkilatın rəhbəri Mehriban Zeynalova verib.

"Ukraynanın xarici işlər naziri cənab Andrey Sibiqa uzun illərdir Ukrayna vətəndaşlarına göstərdiyimiz dəstəyi xüsusilə də müharibə dövründəki dəstəyi yüksək qiymətləndirərək təşkilatımızı mükafatlandırdı. Təqdim edilən mükafat son beş ildə ilk dəfə verilirdi və qürurvericidir ki, Azərbaycandan mükafatlandırılan yeganə təşkilat olduq.

Eşq olsun Azərbaycanımıza!",-deyə o sosial şəbəkə hesabında yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31