Şimalın elm qapısı ADPU Quba filialının ideoloji inkişafa doğru yüksəlişi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ölkəmizin təhsil məkanında özünəməxsus yer tutan, regionun elmi və pedaqoji potensialının formalaşmasında mühüm rol oynayan yeganə ali təhsil müəssisəsidir. Filialın qazandığı uğurlar onun davamlı inkişafının, keyfiyyətli tədrisin və müasir tələblərə cavab verən kadr hazırlığının göstəricisidir.

Uğurlu və interaktiv təhsil ocağı olan ADPU-nun Quba filialı region gənclərinin paytaxta getmədən yüksək keyfiyyətli təhsil almasına imkan verən ən əlçatan və arzuolunan təhsil məkanıdır.

Artıq hər kəsə bəlli olduğu kimi filialın müəllim heyəti yüksək ixtisaslı, elmi dərəcəyə malik müəllimlərdən  ibarətdir. Onların elmi fəaliyyətləri, beynəlxalq və yerli konfranslarda iştirakı, elmi məqalələrinin dərc olunması, filialın nüfuzunu daha da artırır. Eyni zamanda, tələbələrin ideoloji, ictimai, ümumrayon tədbirlərinə cəlb olunması, filialın uğurlarının artmasına  təkan verir.

Bu gün filialımız ölkəmizin şimal bölgəsində təkcə pedaqoji kadr hazırlığı ilə məşqul deyil, həm də dövlətçilik və azərbaycançılıq ideologiyasının aşılanması öyrədilməsi ilə daha çox qabarıq fəaliyyərdədir və bu da ideoloji sabitliyin qorunmasına, milli şüurun və vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfələr verir. Burada təhsil alan hər bir tələbə tədricən milli kimliyini daha dərindən dərk edir, tarixini öyrənir və Vətənə bağlılığını artırır. Bu baxımdan, Heydər Əliyev ideologiyasının təbliği filialın əsas prioritetlərindən biridir.

Filiala təyinat aldığı gündən əsas məqsədi və məramı dövlətə, dövlətçiliyə, milli marağlara, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik olan ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi, Fizika Elmləri doktoru, professor çox hörmətli Yusif Alıyev çoxşaxəli iş fəaliyyətinə  filialımız üçün  ilk olan Heydər Əliyev Lektoriyasını  ərsəyə gətirməklə  başladı. İdeoloji maarifləndirmə, milli kimliyin qorunması, dövlət marağlarının üstünlüyü, təhsil mühitində ideoloji öyrənmənin tətbiq olunduğu ali təhsil məbədində belə bir mərkəzin olması böyük zərurət idi. Elə bu məqamı  qeyd etmək yetərlidir ki, rəhbərliyin ideoloji yol xəritəsini anlayaq.

Ulu Öndərin "Bizim dövlətçiliyimizin ideya əsası azərbaycançılıqdır" kəlamını özü üçün  təkcə bir deviz  yox, fəaliyyətin mayakına çevrirən Yusif müəllim filialda təhsil alan tələbələrin maariflənməsi üçün əlindən gələni əsirgəmir. Tədris proqramlarında da  bu ideologiyaya xüsusi yer verir, müəllim heyəti və tələbələr mütəmadi olaraq dövlətçilik ənənələrinə həsr olunmuş tədbirlərdə iştirak edirlər.

Bu silsilə hər keçən gün daha da arta şkala üzrə davam  etməkdədir.

Filialda təşkil olunan ideoloji yöndə  konfranslar, dəyirmi masalar, seminarlar və elmi-praktik tədbirlər region gənclərinin maariflənməsinə və fəallaşmasına xidmət edir. Hörmətli Yusif müəllimin ən cəlbedici ideyalarından biri də ideoloji maarifləndirmənin güclənməsinə hesablanmış "Ustad mühazirələri" dir.

Bu mühazirələrdə respublikanın tanınmış ictimai-siyasi xadimləri,  millət vəkilləri, Heydər Əliyev Mərkəzlərinin rəhbərləri, elm dünyasının zinəti olan alimlər, akademiklər, professorlar, Ədəbi camiyyənin üzvləri və qeyri sahələrdə çalışan tanınmış simalar dəvət olunur və canlı xatirələr üzərində qurulan ustad mühazirələrini gənc nəsillərinin diqqət və nəzərinə çatdırırlar.  Hörmətli professor özü də mütəmadi olaraq çox böyük auditoriyalar qarşısına çıxaraq ümummilli lider, müasir və müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əlirza oğlu Əliyevin zəngin, keçməkeşli ömür yolundan, siyasi, ictimai fəaliyyətindən, bu günki Azərbaycan üçün hələ illər öncə düşünərək reallaşdırdığı böyük strateji hədəflərindən bəhs edir, maarifləndirir və bundan heç zaman yorulmur.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ulu öndər Heydər Əliyev siyasətində suverenlik və konstitusiya məsələləri" adlı Elmi seminarında iştirak edən hər bir kəs mənimlə razılaşar ki, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin konstitusiya və suverenlik uğrunda reallaşdırdığı steateji yolu olduğca rəvan, sinxron, rabitəli, və illər üzrə ardıcıl  formada o qədər səlist və ürəyəyatan bir formada  nəzərimizə çatdırdı ki, bir anlıq özümü mavi ekran qarşısında ideoloji film izləmiş kimi hiss etdim.

Bu gün isə onun daha bir böyük, yaddaqalan, əvəzolunmaz addımının şahidi olduq. Bəli bu gün Yusif müəllimin ADPU-nun  Quba filialında filial kollektivi, professor-müəllim heyəti və gələcəyimiz olan gənclərlə görüşə dəvət etdiyi qiymətli, əvəzolunmaz insanlar məhz Ulu Öndərimizlə çiyin-çiyinə çalışan görkəmli simalar idi.

Filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycanın ictimai-siyasi xadimi, ATV telekanalının prezidentinin müşaviri, əməkdar jurnalist, yazıçı, Bakı Slavyan Universitetinin professoru Etibar Babayevin "Xatirələr işığında Heydər Əliyev" kitabının təqdimatı mərasimində bir araya gələn dəyərli qonaqlar əsasən ulu öndər Heydər Əliyevə bağlı xatirələrini  görüş iştirakçıları ilə bölüşürdülər.

Bu xoşbəxt günə təşrif buyuran mötəbər qonaqlar sırasında  Azərbaycan Respublikasının tanınmış jurnalisti, televiziya və ictimai xadimi, professor, Əməkdar jurnalisti, uzun illər Azərbaycan televiziyasında müxtəlif vəzifələrdə çalışaraq, ölkənin televiziya jurnalistikasının inkişafında mühüm rol oynayan  Etibar Babayev, Ulu Öndərlə  uzun illər birgə işləmiş, General-mayor, Azərbaycan dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, yazıçı-publisist  Yasif  Nəsirli, Xalq rəssamı, professor, Prezident təqaüdçüsü Arif Hüseynov,  Respublika Ağsaqqallar Şurasının üzvü, hüquq elmləri doktoru İbrahim Quliyev, Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun da olması həqiqətən Ulu Öndər sevənlər üçün böyük bir töhfə oldu. Heç bir mənbəədə yazılmayan, mətbuatda rastlamadığımız  faktları bu mötəbər insanların xatirələrində esitmək çox xoş oldu. Böyük bir auditoriya heyranlıqla bu xatirələrə əsaslanaraq bizlərlə üz-üzə olan natiqləri dinləyirdi. Səssizlik, heyranlıq, təəcüb dolu baxışlar sanki Ulu Öndərin ruhunun dolaşdığı bu mötəbər tədbirdən bəlkə də bu vaxta qədər olmadığı qədər öyrənir, maariflənirdi.

Bütün qeyd olunan amillər mütərəqqi   uğurlarımızın tərənnümüdür . ADPU-nun  Quba filialının bir-birini əvəzləyən uğurlu yol xəritəsinin zənginlikləridir. Nəticə etibarilə ADPU-nun Quba filialının ideoloji uğurları təhsilin yalnız bilik vermə funksiyasından çıxaraq şəxsiyyət yetişdirmə, milli kimliyi qoruma və gələcək nəsilləri vətənə bağlı ruhda böyütmə missiyasını necə uğurla yerinə yetirdiyini göstərir. Bu uğurlar təkcə bir təhsil müəssisəsinin nailiyyəti deyil, bütövlükdə Azərbaycan təhsilinə, dövlətə və dövlətçiliyə xidmət edən strateji dəyərdir. ADPU-nun  Quba filialının Heydər Əliyev Lektoriyasının rəhbəri kimi fəxarət hissi ilə qeyd edirəm  ki, məhz bu ideyaların gerçəkləşdirildiyi, təbliğatının aparıldığı məkanda çalışıram.

Və bunu nəzərinizə çatdırmaqda məqsədim  bu  uğurların arxasında güclü rəhbərlik, fədakar lider, peşəkar müəllim kollektivi, yüksək motivasiyalı tələbələrin olduğu  iradəli və məqsədkeş  komandanın olduğunu  vurğulamaqdır. Qalib, müstəqil, azad, suveren bir dövlətin belə bir güclü təhsil kontingenti ilə  əminliklə qeyd etmək istəyirəm ki, gələcəkdə filialımız daha böyük uğurlara imza atacaqdır. Bütün əldə etdiyimiz nəaliyyətlərə, uğurlara, görə başda rəhbərimiz, çox hörmətli professor Yusif Alıyevə  səmimi qəlbdən milnnətdarlıq edirəm. Filialın günü-gündən çiçəklənməsi üçün yorulmadan çalışan kollektivimizə uğurlar diləyirəm.  Müasir Azərbaycanın  innovativ gəncliyinin yetişməsində fəqdirəlayiq fəaliyyətimiz davamlı olsun!

     Nəhayət  Şirinova,

    ADPU Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31