1-ci qrup gözdən əlil 3 qardaş əməliyyat olunacaq- ÖZƏL

Milli Məclisin deputatı Səyyad Salahlı bir neçə gün əvvəl İmişli rayonunun Çahar kəndində 1-ci qrup gözdən əlil 3 qardaş- Elnur Cavadov, Ramil Cavadov və Röyal Cavadovu yaşadıqları evdə ziyarət edərək səhhətləri və qayğıları ilə maraqlanmışdı. "Olaylar" xəbər verir ki, artıq deputat Səyyad Salahlının təşəbbüsü, Dünyagöz Xəstəxanasının rəhbərliyinin dəstəyi ilə 1-ci qrup gözdən əlil qardaşların qəbulu və müayinəsi həyata keçirilib. 

Belə ki, ən qısa müddətdə Dünyagöz Xəstəxanasının peşəkar həkimləri tərəfindən qardaşların göz əməliyyatı həyata keçiriləcək. Deputat Səyyad Salahlı göstərdikləri yüksək diqqətə görə Dünyagöz Xəstəxanasının direktoru Soner Kayaya və həkim heyətinə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31