Avropada çağırış edildi: “Yaş həddi 15-ə endirilsin!”
13:44 Sosialİspaniya, Yunanıstan və Fransa kimi Avropa İttifaqının üç ölkəsi sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin müəyyənləşməsi ilə bağlı çağırış ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə "Euractiv"məlumat yayıb.
Adı çəkilən ölkələrin artıq bu məsələ ilə bağlı Avropa Komissiyasına müraciət ünvanladıqları bildirilir. Müraciət sənədində bildirilir ki, zəif dizayn edilmiş rəqəmsal məhsullar və xidmətlər yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığına zərər vurur.
Fransa və Yunanıstan 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmasının tərəfdarıdır, İspaniya isə məsələni müzakirəyə çıxarmağı təklif edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31