Azərbaycanda bu şəhərdə qaz kəsildi
16 May 2025 14:05 SosialBu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə Olaylar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində balans qovşaqlarının təmiri ilə əlaqədar saat 09:45-dən etibarən qaz təchizatı dayandırılıb.
Qaz təchizatı dayandırılan müddətdə İnşaatçılar qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31