Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda İlqar Abdullayev küçəsində hərəkət tam məhdudlaşdırılacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 17 may saat 00:00-dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

"Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31