“Əkinçi” qəzetinin fəaliyyətə başlaması böyük fədakarlıq idi - Rəşad Məcid
12:16 Sosial"Əkinçi" qəzetinin fəaliyyətə başlaması böyük fədakarlıq idi. Ondan sonra bir sıra mətbuat orqanları işıq üzü gördü.
Olaylar.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, sovet dövründə də cəmiyyətin qapalı olmasından asılı olmayaraq, Azərbaycan öz mətbuatını qoruyub saxlaya bildi:
"1991-ci ildə yeni qanun qəbul edildikdən sonra yeni yaradılan media orqanlarının sayı artdı. Azərbaycan mətbuat tarixində ən böyük hadisələrində biri 1998-ci ildə baş verdi. Belə ki, Ümummili Lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edildi. Prezident İlham Əliyev də müstəqil dövlət üçün müstəqil medianın önəmini hər zaman vurğulayıb".
Sədr vurğulayıb ki, artıq üç ildir ki, mətbyat yubileyləri Şuşada qeyd edilir.
"Prezident İlham Əliyev dünyanın müxtəlif yerlərindən gələn media mənsublarının suallarını cavablandırır. Mən arzu edərdim ki, Şuşada, həmçinin, Azərbaycan Mətbuat Muzeyi də yaradılsın", - deyə R.Məcid qeyd edib.