REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?

ABŞ-də artıq sərnişinlər daxili uçuşlar üçün hava limanında təhlükəsizlik yoxlanışından keçərkən REAL İD standartlarına uyğun şəxsiyyət vəsiqəsi və ya başqa qəbul edilən identifikasiya sənədi təqdim etməlidirlər.

Milli.Az xəbər verir ki, əgər kimsə aeroportda daxili uçuş üçün şəxsiyyətini təsdiq etmək məqsədi ilə sürücülük vəsiqəsini təqdim edəcəksə, o zaman bu vəsiqə REAL İD üçün uyğun olmalıdır.

Yəni Nəqliyyatın Təhlükəsizlik İdarəsi bundan sonra bu tələblərə cavab verməyən sürücülük vəsiqələri və digər şəxsiyyət sənədlərini qəbul etməyəcək. Hazırda ABŞ-da təyyarə ilə səyahət edən sərnişinlərin artıq 81 faizi bu tələblərə cavab verir. Əgər sənəd uyğun deyilsə, onlar başqa bir növbəyə yönləndirilə və əlavə bir yoxlama məntəqəsindən keçə bilərlər. Yəni, sərnişinlər hər bir halda uçuş icazəsini alacaqlar. Nəqliyyatda Təhlükəsizlik İdarəsi REAL İD tələbinin tətbiqinə aprel ayının əvvəlindən başlayıb. Bundan sonra amerikalılar yeni sənədi əldə etmək üçün uzun növbələrdə gözləmək məcburiyyətində qalıblar. 

Qeyd edək ki, REAL İD aktı 2005-ci ildə Konqress tərəfindən 11 sentyabr hadisələrindən sonra qəbul edilib. Lakin onun icrası dəfələrlə gecikdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31