Rayonlarda nə baş verir? - Toy mağarı yarımçıq qaldı

Ötən gün Ağcabədidə şiddətli külək və yağış bəzi fəsadlara səbəb olub. Rayonun Aran kəndində külək kənd sakini Qəhrəman Həsənovun oglu üçün həyətdə qurduğu toy mağarını uçurdub. Hadisə vaxtı xəsarət alan olmasa da məclis yarımçıq qalıb.

Olaylar.az xəbər verir ki, küləkli hava şəraiti nəticəsində Ağdamda da bəzi təsərrüfatlara ziyan dəyib. Bəzi tikililərin dam örtüyü uçub. Qasırğa və dolu minik avtomobillərinə, həmçinin bəzi yaşayış binalarına zərər vurub. Bundan əlavə olaraq hektarlarla dənli bitki sahələrinə, bəzi meyvə-tərəvəzlərə ziyan dəyib. 

Fəsadlar bununla bitmir. Ərazidə elektrik enerjisinin verilməsində də bir çox problemlər yaranıb. 

Tərtərdə isə şiddətli dolu kənd təsərrüfatına zərər vurub. Meyvə bağları ilə yanaşı, bir çox dənli bitkilər də zədələnib. 

Qeyd edək ki, sinoptiklər qeyri-sabit hava şəraitinin may ayının 15-dək davam edəcəyini proqnozlaşdırırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31