Azərbaycanda bu televiziya kanalının adı dəyişdirildi
16:55 Sosial"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu" radio-televiziya yayım stansiyasından "İctimai Radio"nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.
İclasda daha sonra "Səhiyyə TV" televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV" MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb.
Müzakirədən sonra kanalın adının "SAF TV"yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31