Birinci sinfə qəbulu prosesi tamamlanan uşaqların sayı AÇIQLANDI

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yqyıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir:

"Mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
- Alternativ qeydiyyat mərkəzlərinə
- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
- ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər"

Qeyd edilib ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31