"Kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub"
11:49 SosialAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev kiberhücumlarla bağlı şəxsi "Facebook" səhifəsində paylaşım edib:
Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, "kartınıza müdaxilə var" demir, soruşmur, sorğu aparmır. Kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa cinayət tələsidir. Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir. Mayın 7-də 22 fakt- kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən "karta müdaxilə" adı ilə törədilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31