Deputatımız Budvada “Azərbaycan Ağacını” əkib- ÖZƏL

Milli Məclisin deputatı Azay Quliyev Budvada təşkil olunan "Azərbaycan Ağacı"nın əkilməsi mərasimində iştirak edib.  "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupu tərəfindən Monteneqroda təşkil olunan 5-ci Beynəlxalq Konfransın proqramına uyğun olaraq keçirilən "Hər Ölkəyə Bir Ağac" adlı ekoloji kampaniyası çərçivəsində Budvada "Azərbaycan Ağacını" əkdim. Budva şəhərinin meri cənab Zeyko Komnenoviç  və digər ölkələrdən olan deputat həmkarlarım "Azərbaycan Ağacı"nın əkilməsi mərasimində iştirak etdilər. 

Şəhər rəhbərliyi ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edən ölkələrin adına əkilmiş ağacların qorunmasını və təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürüb.
Azərbaycanı belə bir mötəbər aksiyada təmsil  etmək qürurvericidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31